EN

Azərbaycan səkkiz ayda üç ölkədən 370 milyon dollarlıq neft alıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 369,4 milyon ABŞ dolları dəyərində 762,2 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edilib.

Publika.az xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların Azərbaycana idxalında dəyər ifadəsində 371,5 milyon ABŞ dolları və ya 2 dəfə, həcm baxımından isə 554,5 min ton və ya 1,7 dəfə azalma qeydə alınıb.

Dövr ərzində Azərbaycana xam neft məhsulları Qazaxıstan, Rusiya və İraqdan idxal edilib. Belə ki, cari ilin ilk 8 ayında Qazaxıstandan 38,2 milyon ABŞ dolları dəyərində 69,1 min ton, Rusiyadan 331 milyon ABŞ dolları dəyərində 692,7 min ton, İraqdan isə 162 min ABŞ dolları dəyərində 439 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları alınıb.

Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə isə sözügedən neft məhsullarının ixracı qeydə alınmayıb.

Chosen
7
4
publika.az

5Sources