"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminə dəstəyi rəsmi olaraq dayandırıb.
APA xəbər verir ki, oktyabrın 14-dən etibarən sistem üçün artıq texniki yardım, təhlükəsizlik yeniləmələri və komponent yeniləmələri təqdim olunmayacaq.
Bununla belə, istifadəçilərin kompüterlərində artıq quraşdırılmış əməliyyat sistemi işləməyə davam edəcək, lakin yenilənmələr almayacaq.