EN

"Windows 10" üçün dəstək 14 oktyabr 2025-ci ildə başa çatır

Bakı. Trend:

"Microsoft" 14 oktyabr 2025-ci il tarixindən etibarən "Windows10" əməliyyat sistemi üçün texniki dəstək və təhlükəsizlikyeniləmələrinin dayandırılacağını açıqlayıb.

Trend xəbər verirki, bu barədə "Microsoft" məlumat yayıb.

Şirkət bildirir ki, bu tarixdən sonra əməliyyat sistemi işləməyədavam edəcək, lakin yeniləmələrin olmaması zərərli proqramlarayoluxma riskini artırır. İstifadəçilərə "Windows 11"ə yüksəltməyitövsiyə edilib.

"Statcounter"in məlumatına görə, "Windows" masaüstü əməliyyatsistemləri qlobal bazarın 70%-dən çoxunu təşkil edir. Bukateqoriyada "Windows 10" təxminən 59% paya malikdir və "Windows11"-in 38% göstəricisindən daha populyardır.

Chosen
13
az.trend.az

1Sources