"Lakin təcrübə göstərir ki, bəzi hallarda bu, reallıqda baş vermir. Baxmayaraq ki, ixrac artır, əksinə, rublun özündə də inflyasiya müşahidə olunur. Yəni bu gün ucuzlaşan rubl fonunda məhsulların qiyməti 20-30 faiz artaraq, ucuzlaşma əvəzinə bahalaşmaya gətirib çıxarır. Bunun səbəbi odur ki, Rusiyada istehsalçılar itkilərin qarşısını almaq üçün məhsulların qiymətini dollar və ya digər xarici valyuta ekvivalentində müəyyənləşdirirlər. Nəticədə bu proses bəzi hallarda məhsulların bahalaşmasına səbəb olur". E.Kərimli oxşar vəziyyətin vaxtilə Türkiyənin timsalında da müşahidə edildiyini qeyd edib.Sevinc İbrahimzadə / Metbuat.az