EN

Ənənəvi karate üslubu şito-ryu üzrə genişmiqyaslı turnir keçirilib

Abşeron İdman Olimpiya Kompleksində Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə ənənəvi karate üslubu şito-ryu üzrə “Badamlı Karate Klubu”nun təşkil etdiyi turnir keçirilib.

Apasport.az xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrindən 700-dən artıq uşaq, yeniyetmə və gənc karateçi iştirak edib. İdmançılar müxtəlif yaş və çəki kateqoriyalarında güclərini sınayaraq, yarışın sonunda təsis olunmuş medal və diplomlarla təltif olunublar.

Turnirin açılış mərasimində Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev, baş katib Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov, Texniki və Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi, Federasiya prezidentinin köməkçisi Vüsal Abdullazadə, həmçinin şito-ryu üslubunun rəhbəri Bahadur Əhmədov iştirak ediblər.

Açılış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Füzuli Musayev yarış iştirakçılarını salamlayaraq, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdırıb. O, dövlətimizin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq karateçilərin beynəlxalq arenada böyük uğurlar qazandığını bildirib və belə turnirlərin gənc idmançıların inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Turnirin təşkilatçıları və iştirakçıları göstərilən dəstəyə görə Azərbaycan Karate Federasiyasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

“Badamlı Karate Klubu”nun rəhbəri Tuncay Hüseynov da çıxış edərək, turnirin yüksək səviyyədə keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan Karate Federasiyasına və bütün iştirakçılara təşəkkürünü bildirib.

Sonda turnirin qalibləri müxtəlif kateqoriyalar üzrə medal və diplomlarla mükafatlandırılıblar.

Mingəçevirdə karate üzrə beynəlxalq turnir keçirilib - FOTO

Təmsilçimizdən gümüş medal

Karateçilərimiz “Marmara Cup”da birinci yeri tutublar - FOTO

İdmançımız beynəlxalq turnirin qalibi olub

İdmançımız Türkiyədə keçirilən beynəlxalq turnirdə çempion olub

Chosen
12
1
apasport.az

2Sources