EN

“Neftçi”nin sabiq baş məşqçisi: “Təəssüf ki, siyasət futbola qarışanda həmişə belə olur”

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç Serbiyadakı vəziyyətin ölkənin milli komandasına təsir etdiyini bildirib. O, bununla bağlı Rusiyanın "Championat. ru" portalına açıqlama verib:

"Ölkədəki vəziyyət necədirsə, yığmada da vəziyyət eynidir. Hazırda Serbiya özünü iki hissəyə bölünmüş kimi hiss edir. Siyasət tez-tez futbola müdaxilə edir. Bütün bunlar milli komandaya mənfi təsir göstərir. Belqradda "Srvena Zvezda"nın stadionu 50 min tamaşaçı tutur. Yaxşı, tutaq ki, tribunaların 20 faizi bağlıdır (UEFA-nın qərarı), bununla belə ən azı 40 min azarkeş olacaqdı.

Ölkə prezidenti isə Albaniya ilə oyunu Leskovasedə, 8 min nəfərlik arenada keçirilməsinə qərar verib. Bu, tamamilə fərqli atmosferdir! Üstəlik, biletlər ancaq prezidentin tərəfdarlarına verilib. Bu insanların çoxu heç vaxt futbol matçında olmayıb. Stadiondakı atmosfer teatra bənzəyirdi! Düşünürəm ki, bu, futbolçulara böyük təsir etdi. Onlara azarkeşlər tərəfindən kifayət qədər dəstək olmadı. Leskovasedə meydança da pis vəziyyətdə idi. Təəssüf ki, siyasət futbola qarışanda həmişə belə olur".

Qeyd edək ki, bir neçə gün əvvəl Serbiya yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Albaniyaya 0:1 hesabı ilə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
sport24.az

1Sources