EN

Britaniyanın keçmiş baş nazirilə bağlı ŞOK İDDİA - Zelenskini müharibəni davam etdirməyə razı salmaq üçün 1 milyon rüşvət alıb...


Böyük Britaniyanın keçmiş baş nazirinə Ukraynada müharibəni davam etdirmək üçün rüşvət aldığı iddia edilir.

“The Guardian” qəzeti Consonun Ukraynada müharibənin davam etməsi üçün lobbiçilik etmək müqabilində bir silah istehsalçısının səhmdarından 1 milyon funt sterlinq (təxminən 1,2 milyon dollar) rüşvət aldığını yazıb.

Qəzetin iddialarına görə, rüşvət verən şəxs Ukraynaya pilotsuz təyyarələr tədarük edən Britaniyanın müdafiə şirkəti “BAE Systems”in səhmdarı Kristofer Harborn olub. Harbornun baş nazirlikdən getdikdən sonra Consonun qurduğu özəl şirkətə 1 milyon funt sterlinq ödədiyi bildirilir.

Bu ödənişin Consonun Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə sülh sazişi imzalamamağa razı salması müqabilində edildiyi iddia edilir. Bildirlir ki, Harborn Consonu 2022-ci ildə Kiyevə səfərində müşayiət edib, bundan sonra Zelenski Rusiya ilə danışıqları dayandırmaq qərarına gəlib.

Həm Boris Consonun ofisi, həm də Kristofer Harborn bu ittihamları qəti şəkildə rədd edib. Consonun sözçüsü bəyan edib ki, keçmiş baş nazirin Ukraynanı dəstəkləməsi tamamilə onun ölkəsinin maraqlarına və Ukrayna xalqının iradəsinə uyğundur.

Bu iddialar Britaniya siyasətində böyük əks-səda doğurub, müxalifət partiyaları hərtərəfli araşdırma tələb edirlər.

TAHİR

Chosen
12
baki-xeber.com

1Sources