Diaqnoz Tibb Mərkəzinin Radioloqu, Ultrasəs müayinə Həkimi Dr. Gülnarə Əliyeva müasir ultrasəs müayinə metodu olan və qaraciyər toxumasının sərtliyinin yoxlanmasına əsaslanan qaraciyərin elastoqrafiyası barəsində məlumat verib.
"Unikal" xəbər verir ki, Elastoqrafiya - ən son ultrasəs görüntüləmə texnologiyalarını birləşdirən, həmçinin qeyri-invaziv, yəni heç bir müdaxilə olmadan (kəsiksiz) aparılan müayinə metodudur.
- Adi ultrasəs müayinəsi kimi aparılır, “real taym”, yəni nəticə dərhal əldə olunur.
- Qaraciyər xəstəliklərinin dəqiq müayinəsində geniş istifadə olunur.
Qaraciyər elastoqrafiyası - hepatit viruslu, şəkərli diabetli, artıq çəkili pasiyentlərdə, mütəmadi olaraq energetik içkilərdən, alkoqollu içkilərdən istifadə edən şəxslərdə aparılan diaqnostik müayinə metodudur.
Qaraciyərin sıxlığı KiloPaskalla ölçülür və buna uyğun olaraq fibrozun dərəcəsi müəyyən edilir. Bu isə klinik praktikada xəstəliyin mərhələsinin və proqnozunun təyini, müalicələrin effektivliyinin qiymətləndirilməsinə imkan yaradır. Fibrozu vaxtında təyin etməklə sirrozun qarşısını almaq, portal hipertenziya, qida borusu venalarının varikoz genişlənməsi kimi ağırlaşmaları önləmək mümkündür.
“Fibroz qaraciyərin bir çox xroniki xəstəliklərinin əsas xüsusiyyətidir. Qaraciyərin xroniki diffuz xəstəlikləri ən çox rast gələn patologiyalardan olmaqla, dünya əhalisinin 20-30 faizində müşahidə edilir və ümumi letal halların təxminən 2-3 faizini təşkil edir. Əksər xroniki qaraciyər xəstəliklərinin təbii gedişi üçün xarakterik olan ardıcıl mərhələlər davam edən zədələnmə, fibroz, sirroz və ağırlaşmaları, hepatosellular karsinomadır. Səbəbindən və müddətindən asılı olmayaraq fibrozun mövcudluğu və dərəcəsi, növü və yayğınlığı qaraciyər xəstəliyinin irəliləmiş mərhələsinin və proqressiv olduğunun mütləq göstəricisidir”.
Elastoqrafiyanın digər müayinə metodlarından üstünlükləri:
1. Bütün yaş qruplarına tətbiq edilir.
2. Müayinə aparılmasına xüsusi hazırlıq tələb olunmur.
3. Müayinə qeyri-invazivdir.
4. Müayinə dəri tamlığını pozmadan icra olunur.
5. Bütün çəki qruplarına aid edilir.
6. Müayinə zərərsiz və ağrısızdır.
7. Müayinə müddəti qısa vaxt (10-15 dəqiqə) ərzində olur.
8. Heç bir əks göstərişi yoxdur.
9. Qiyməti daha münasibdir.
Elastoqrafiya müayinəsi Diaqnoz Tibb Mərkəzində İcbari Tibbi Sığorta çərçivəsində də vətəndaşlara təqdim olunur. Bunun üçün vətəndaş dövlət tibb müəssisəsinə müraciət etməli, “Xidmətlər Zərfi” çərçivəsində “Göndəriş vərəqəsi”ni əldə etməli və bu göndərişlə Diaqnoz Tibb Mərkəzinə müraciət edərək Elastoqrafiya müayinəsindən yararlana bilər.
Çağrı mərkəzi: 904
Mobil: +994 55 754 43 03
E-mail: [email protected]
Veb-sayt: www.diaqnoz.az
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C