EN

İqtisadiyyat üzrə Nobel mükafatı üç alim arasında bölüşdürülüb

İqtisadiyyat üzrə Nobel Mükafatı innovasiyaya əsaslanan artım izahına görə verildi.

QHT.az xəbər verir ki, 2025-ci il İqtisadiyyat üzrə Nobel Mükafatı Joel Mokyr, Philippe Aghion və Peter Howitt-ə “innovasiyaya əsaslanan iqtisadi artımı izah etdiklərinə görə” təqdim olunub.

Mükafatın yarısı Şimal-Qərb Universitetindən Joel Mokyrə “texnoloji tərəqqi yolu ilə davamlı inkişafın ilkin şərtlərini müəyyən etdiyinə görə”, digər yarısı isə Philippe Aghion və Peter Howitt arasında “yaradıcı məhvetmə yolu ilə davamlı inkişaf nəzəriyyəsinə görə” bölüşdürülüb.

Komitənin bəyanatında vurğulanıb ki, laureatların araşdırmaları innovasiyanın davamlı iqtisadi tərəqqiyə necə təkan verdiyini izah edir.

 

R. İmanov

Chosen
2
qht.az

1Sources