EN

Ərdoğan Netanyahuya görə təyyarəsinin Misirə enməsinə icazə vermədi

ain.az, Missiya.az saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı daşıyan təyyarə Şarm əl-Şeyx hava limanına enməkdən imtina edib.

Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, buna səbəb Misir Rəyasət Heyətinin İsrailin Baş naziri Benyaminin Netanyahunun Şarm əl-Şeyxdə keçiriləcək “Qəzza sammiti”nə qatılacağı barədə açıqlaması olub.

Bildirilib ki, bu qərarın ardından Ərdoğanın təyyarəsi hava limanına enməkdən imtina edib.

Bir müddət Qırmızı dəniz üzərində havada qalan təyyarənin Netanyahunun sammitə qatılmayacağı açıqlandıqdan sonra hava limanına endiyi vurğulanıb.

Ərdoğanın həmkarlarına İsrailin Baş nazirinin qatılacağı zirvə toplantısına qatılmayacağını və Türkiyəyə dönəcəyini bildirməsindən sonra Netanyahunun iştirakının ləğv edildiyi qeyd olunub.

Daşqın HəsənovMissiya.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
missiya.az

2Sources