Türkiyənin “Eyüpspor” klubunun yeni baş məşqçisi məlum olub.
Msport.az xəbər verir ki, Superliqa təmsilçisini Orhan Ak çalışdıracaq.
46 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə Selçuk Şahini əvəzləyib.
Qeyd edək ki, Orhan Akın son iş yeri “Fatih Karagümrük” olub.