EN

"Arsenal"ın ulduzu 3-cü divizionda

“Arsenal”ın sabiq ulduzu Cek Uilşir İngiltərənin üçüncü liqasında çıxış edən “Luton Taun”un baş məşqçisi təyin olunub.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Uilşirin köməkçisi İngiltərə yığmasının keçmiş oyunçusu və məşqçisi Kris Pauell olacaq.

“‘Luton Taun’un baş məşqçisi olmaq mənim üçün böyük şərəf və imtiyazdır. Mən 8 yaşımda ilk dəfə "Luton"a gəlmişdim, ona görə də deyə bilərəm ki, taleyin hökmü ilə mənim ilk tamhüquqlu məşqçi vəzifəm məhz burada oldu. Burada olduğuma görə çox sevinirəm və komandaya rəhbərlik etməyi səbirsizliklə gözləyirəm”, – deyə Uilşir bildirib.

Chosen
9
1
publika.az

2Sources