EN

Erməni kilsəsi və diasporu sülhü pozmaq üçün var gücü ilə təbliğat aparır

Azərbaycan və Ermənistanın siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırkı vəziyyətdə erməni kilsəsi və diasporu bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə BMT Baş katibi Antonio Quterreşlə görüşündə deyib.

Onun sözlərinə görə, din xadimləri hər zaman sülhə çağırırlar:

"Amma iki ölkənin siyasi rəhbərlikləri sülhə doğru addımlar atarkən erməni kilsəsinin revanşizmə və yeni qarşıdurmaya çağırışlar etdiyini görürük".

A.Quterreş isə bunun qəbuledilməz olduğunu söyləyib.

QMİ sədri BMT Baş katibinə Azərbaycanın azad olunmuş ərazilərində mənşəyindən asılı olmayaraq bütün dini və mədəni obyektlərin genişmiqyaslı bərpa prosesi, ölkədəki dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti, dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə məlumatlandırıb.

A.Paşazadə Azərbaycanda məzhəblər arasında anlaşmanın uğurlu modelinin islam dünyasında nümunə olaraq qəbul edildiyini vurğulayaraq BMT Baş katibini gələn il ölkədə keçirilməsi planlaşdırılan Müsəlman Ağsaqqalları Şurası, BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə islamdaxili dialoq və islamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq tədbirə dəvət edib.

A.Quterreş, öz növbəsində, QMİ sədrini BMT Sivilizasiyalar Alyansının bu ilin dekabrında Səudiyyə Ərəbistanında keçirəcəyi növbəti Qlobal Forumda iştiraka dəvət edib.

Chosen
13
2
missiya.az

10Sources