EN

Mühüm siyasi addım

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məlumdur ki, Tacikistan Mərkəzi Asiya ölkəsi kimi hər zaman Azərbaycanla əməkdaşlıqda maraqlı olub. Bu ölkə ilə ikitərəfli münasibətlərdə inkişaf dinamikası müşahidə olunmaqdadır. Yeri gəlmişkən, bu dəfəki səfər zamanı da dövlət başçıları siyasi dialoq, həmçinin iqtisadi əməkdaşlığın yeni konturları ətrafında müzakirə apardılar. Qeyd edək ki, MDB Azərbaycanın fəallıq nümayiş etdirdiyi regional platformalardan biridir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev sammitdə çıxışı zamanı daha çox humanitar məsələlərlə bağlı mövqeyini ifadə etdi. Ölkəmiz sözügedən təşkilat çərçivəsində qarşılıqlı maraqları əhatə edən əməkdaşlığın tərəfdarıdır və bu kontekstdə bütün konstruktiv təklifləri dəstəkləyir.

Məlum olduğu kimi, Prezidentin Tacikistan səfəri çərçivəsində baş verən ən önəmli hadisələrdən biri Azərbaycan - Rusiya münasibətlərindəki dinamika oldu. Belə ki, cənab Prezident İlham Əliyevlə Rusiya dövlət başçısı Vladimir Putin arasında uzun fasilədən sonra baş tutan görüşdə Bakı - Moskva münasibətlərinin normallaşması ilə bağlı mesajlar verildi. Əslində, iki ölkə arasında münasibətlərin normallaşması hər iki tərəfin xeyrinədir. Ötən ilin dekabrında baş verən təyyarə qəzası ilə bağlı Rusiya Prezidentinin mövqeyi gərginliyi azaltdı. Hesab edirəm ki, tərəflər bu və ya digər şəkildə dialoqu davam etdirməklə müsbət nəticələr əldə edə bilərlər.

Ən əsası, Bakı–Moskva münasibətlərinin normallaşması Qərbdəki bəzi destruktiv qüvvələrin, eləcə də Rusiya daxilində olan ermənipərəst qruplaşmaların da planlarını alt-üst etdi, onların məkrli niyyəti baş tutmadı.

Siyavuş Quliyev,

YAP Göygöl rayon təşkilatı üzrə Sarısu kən ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
sesqazeti.az

1Sources