EN

iOS 26-nın dizaynı kopyalandı

Çinli smartfon istehsalçısı "Vivo" "Apple" şirkətinin əməliyyat sisteminin (OS) dizaynını kopyalayıb.

Ölkə.az xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.

Bildirilir ki, oktyabrın əvvəlində şirkət "OriginOS 6" adlı yeni proqram təminatını təqdim edib. Bu sistem "Vivo" smartfonlarında əlçatan olacaq. Təqdimat videosunda "Vivo" smartfonunun interfeysi elə görünür ki, onu asanlıqla iOS 26 ilə səhv salmaq olur.

Müəlliflərin fikrincə, Çin "IT" nəhəngi "Apple" tərəfindən yaradılan "Liquid Glass" dizaynını kopyalayıb.

Materialda qeyd olunur ki, Çinli istehsalçı görünür, "Apple" tərəfindən kopyalama ittihamlarına görə narahat deyil, çünki "Vivo" ABŞ bazarında təmsil olunmur. Bununla belə, yaxınlarda şirkət "Vivo X300 FE" modelini Şimali Amerikada satış üçün sertifikatlaşdırıb.

Həmidə İbrahimova

Chosen
19
olke.az

1Sources