EN

Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 33.110 şəxs qəbul edilib.

Operativ Media bu barədə dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 44.450 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.99 faiz çoxdur.

Ümumi xidmətlərin 85 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Eyni zamanda, bu ilin yanvar-sentyabr aylarında vergi ödəyicilərinə 664.698 məlumatlandırma xarakterli müxtəlif növ ildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 88 görüş keçirilib, 365 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2.569 müraciət üzrə 4.568 "Asan İmza" sertifikatı verilib.

Chosen
21
operativmedia.az

1Sources