EN

Mingəçevir in əməkdaşları maaş üzünə həsrət qalıblar

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1-ci Liqa təmsilçisi "Mingəçevir"də ciddi maliyyə problemi yaranıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, futbolçular və məşqçi heyəti avqust ayı üçün nəzərdə tutulan məvacibi bir neçə gün öncə alıblar.

"İşıqçılar"ın digər əməkdaşları ilə bağlı vəziyyət isə mürəkkəbdir. Belə ki, klub rəsmiləri yaydan bəri maaş üzünə həsrətdilər. Aran təmsilçisində qeyri-rəsmi baş menecer funksiyasını yerinə yetirən Vüqar Hüseynlinin özü də avqust və sentyabrın əməkhaqqılarının nə vaxt ödəniləcəyi ilə bağlı dəqiq nəsə deyə bilmir. 

Xatırladaq ki, "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovdur. O, ötən mövsümün sonunda Füzuli Məmmədovun yerinə gətirilib.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
fanat.az

2Sources