EN

“CPT nin monitorinqi Azərbaycan üçün əməkdaşlıq mesajıdır” TURAL GƏNCƏLİYEV

ain.az bildirir, Gununsesi portalına istinadən.

“Məlumdur ki, son günlər Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin (CPT) nümayəndə heyəti Azərbaycana səfər edib. Missiya ölkəmizdəki penitensiar müəssisələrdə monitorinq aparıb.

Hesab edirəm ki, bu səfər Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə Azərbaycan arasındakı münasibətlərdə bir dönüş nöqtəsi ola bilər”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Tural Gəncəliyev deyib:

“Əslində, Azərbaycan AŞPA üzvü olduğu ilk dövrlərdən etibarən Assambleya çərçivəsində həmişə konstruktiv mövqe sərgiləyib və qarşılıqlı əməkdaşlığa sadiq olub. AŞPA-nın Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırdığı dövrdə belə, Bakı dialoqa açıq qalmağa çalışıb.

Sadəcə təəssüflər olsun ki, AŞPA-da bəzi ermənipərəst qüvvələr, xüsusilə də 30 il ərzində torpaqlarımız işğal altında olanda, daha sonra Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini həzm edə bilməyən qüvvələr Avropa İttifaqında böyük təsirə malik olaraq AŞPA-dan Azərbaycana qarşı siyasi təzyiq kimi istifadə etməyə çalışıblar. Bunun nəticəsində münasibətlərimiz o nöqtəyə gəlib çatdı ki, Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırdı.

Ancaq indi bu yeni hadisələrin inkişafı yəni Avropa Şurası İşgəncələr Əleyhinə Komitəsinin Azərbaycana səfəri dönüş nöqtəsi ola bilər. Zatən bu, onun göstəricisidir ki, biz heç nədən çəkinmirik, əməkdaşlığa və konstruktiv münasibətlərə hazırıq”.

Deputat qeyd edib ki, komitənin Azərbaycana qarşı obyektiv olmayan qərəzli fikirləri olub:

“İndi gəliblər, monitorinq aparıblar, istədikləri yerlərə baxıblar və bu bir daha göstərir ki, biz bu məsələdə əməkdaşlığa açığıq. Bundan sonra xüsusilə də Ermənistan-Azərbaycan arasında sülh sazişinin paraflanması və yaxın gələcəkdə sülh müqaviləsinin müvəffəqiyyətlə imzalanmasından sonra AŞPA-dakı problemli məsələlər həll olunacaq və Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini yenidən bərpa etməsi mümkün olacaq.

Təbii ki, bu, sülh müqaviləsinə birbaşa bağlı deyil, sadəcə olaraq, bu sülhün əldə edilməsinə aparan yoldur”.

Deputat qeyd edib ki, Ermənistan-Azərbaycan arasında müharibənin artıq başa çatması ilə biz AŞPA-da və  istər AŞPA institutları ilə, istər qonşu ölkələrlə, o cümlədən Ermənistanla  normal əlaqələr quraraq konstruktiv fəaliyyət apara bilərik.

“Zatən bunun qarşısını alan yoxdur və Ermənistan işğalı artıq mövcud deyil. Ona görə də mən bu komitənin Azərbaycana səfərini konstruktiv hesab edirəm. Bu səfər və monitorinq Azərbaycanın AŞPA çərçivəsindəki konstruktiv münasibətinin təcəssümüdür”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
icma.az

1Sources