EN

Tovuzda futbola dəstək yeni mərhələyə keçir...

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tovuz rayonu Azərbaycanın futbol xəritəsində özünəməxsus yeri olan bölgələrdən biridir. Ölkə futboluna illər boyunca saysız-hesabsız istedadlı oyunçular bəxş edən bu qədim diyar, bu gün də futbola olan sevgi və bağlılığı ilə seçilir. Tovuzda futbol,  insanların gündəlik həyatının, mədəniyyətinin və gənclərin idman ruhunda yetişdirilməsinin  ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Məhz bu baxımdan, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun şəhər stadionuna növbəti səfəri,  bölgədə idman infrastrukturuna göstərilən xüsusi diqqətin bariz nümunəsidir. İcra başçısı stadionda aparılan yenidənqurma, tikinti və bərpa işləri ilə yerində tanış olub, görülən işlərin keyfiyyəti və gələcək planlarla bağlı aidiyyəti qurumlarla müzakirələr aparıb.

Stadionun ot örtüyünün tamamilə yenilənməsi, müasir standartlara cavab verən idman meydançasının yaradılması və digər abadlıq işləri Tovuzda idmanın, xüsusilə də futbolun inkişafına geniş imkanlar açır. Qeyd olunub ki, bütün bu tədbirlər futbolçular üçün daha yaxşı və əlverişli şəraitin formalaşdırılmasına xidmət edir. Gənc nəslin sağlam ruhda böyüməsi, bölgədən yeni futbol ulduzlarının çıxması üçün bu kimi layihələrin əhəmiyyəti olduqca böyükdür.

Məmməd Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına, xüsusilə futbol sahəsinə göstərdiyi diqqət və qayğı bütün bölgələrdə olduğu kimi, Tovuzda da hiss olunur. Tovuz şəhər stadionunda həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri də məhz bu dövlət siyasətinin uğurlu nəticələrindən biridir.

Rayon rəhbəri Tovuzun futbol ənənələrindən danışaraq deyib ki, bu bölgə daim əvəzsiz futbolçular yetişdirib və bu gün də həmin ənənə yaşamaqdadır. Tovuzun futbol tarixində “Turan Tovuz” klubunun xüsusi yeri olduğunu bildirən Məmməd Məmmədov, klubun fəaliyyəti üçün hərtərəfli dəstəyin davam edəcəyini və gələcəkdə daha böyük uğurların əldə olunacağına əminliyini ifadə edib.

Tovuzda futbola olan maraq, yerli sakinlərin idmana sevgisi və dövlət səviyyəsində göstərilən dəstək bir daha sübut edir ki, bu bölgə gələcəkdə də Azərbaycan futbolunun inkişafında önəmli rol oynamaqda davam edəcək.

Hamlet QASIMOV,

XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
xalqqazeti.az

2Sources