EN

Daha bir komanda DÇ 2026 da

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

DÇ-2026-ya vəsiqə qazanan daha bir komanda məlum olub.

QOL.az xəbər verir ki, Qana millisi mundialın iştirakçıları sırasına adını yazdırıb.

Komanda Afrika zonası üzrə seçmə mərhələnin son turunda Komor adalarını məğlub edib. Qananın yeganə qolunu isə  Məhəmməd Kudus vurub.

Qana DÇ-2026-da iştirakı rəsmiləşən 21-ci ölkədir. Daha əvvəl Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Özbəkistan, Avstraliya, Mərakeş, Tunis, Misir, Argentina, Ekvador, Braziliya, Uruqvay, Paraqvay, Kolumbiya, Əlcəzair və Yeni Zelandiya da bunu bacarıb. ABŞ, Kanada və Meksika isə ev sahibi ölkələr kimi mundiala vəsiqə qazanıblar. 

Qeyd edək ki, DÇ-2026-nın final mərhələsi gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.DÇ-2026-da tarixdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq. Turnirin final oyunu ABŞ-ın Nyu-Cersi ştatındakı “Metlife Stadium”da keçiriləcək.  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
5
qol.az

10Sources