Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Missiya.Az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Bildirilib ki, millimizin futbolçusu Rahil Məmmədov Ukrayna yığması ilə keçiriləcək oyunöncəsi son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, yığmamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Krakovda Ukrayna seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.