İspaniya və Argentina milli futbol komandaları Qətərin Lusail stadionunda Finalissima matçını keçirə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Məlumata görə, matç martın 28-nə təyin edilib. Əlverişli iqlimi və FİFA prezidenti Canni İnfantinonun əsas iqamətgahının Qətərin paytaxtında yerləşməsi səbəbindən Lusail stadionuna üstünlük verilir.
2022-ci ildə Argentina Lusail Stadionunda keçirilən Dünya Kubokunun finalında Fransanı məğlub edib.
Finalissima Avropa Çempionatının və Amerika Kubokunun qalibləri arasında bir matçdan ibarətdir.
Argentina finalda Kolumbiyanı 1:0 hesabı ilə məğlub edərək 2024-cü ildə Amerika Kubokunu qazanıb, İspaniya isə finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək 2024-cü ildə Avropa çempionu olub.