AFFA Yüksək Qızlar Liqasının II turunda keçirilən “Neftçi” – “Liman” oyunu qalmaqalla nəticələnib.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, “Palms Sport Arena”da baş tutan qarşılaşmanın 12-ci dəqiqəsində gərgin anlar yaşanıb. “Neftçi”nin və Azərbaycan milli komandasının üzvü Coşqunə Əliyeva rəqib komandanın futbolçusu Mələk Hacıyevaya yumruqla zərbə endirib.
Hadisədən dərhal sonra baş hakim Coşqunə Əliyevaya birbaşa qırmızı vərəqə göstərərək onu meydandan uzaqlaşdırıb.
Qarşılaşma isə “Neftçi” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.