EN

Azərbaycan yığması ilə keçiriləcək oyunda iştirak etməyəcək

Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakov DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan ilə keçiriləcək oyunda iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, İslandiya ilə oyunda zədələnərək əvəzlənən 23 yaşlı futbolçu yığmanın düşərgəsini tərk edib.

"Benfika”nın futbolçusu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Təəssüf ki, bu təlim-məşq toplanışı mənim üçün başa çatıb. Ümid edirəm ki, tezliklə sağalacam. Uşaqlara növbəti görüşdə qələbə arzulayıram”.

Oktybarın 13-də Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Chosen
13
sportinfo.az

1Sources