EN

Levandovski ilə müqaviləni yeniləmək niyyətində deyil. - “Barselona”

“Barselona” polşalı hücumçu Robert Levandovski ilə müqaviləni yeniləmək niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.

Mənbə bildirib ki, klub rəhbərliyi bu qərarı futbolçunun yaş faktoru, məhsuldarlığının azalması və yüksək intensivlikdə pressinq saxlamaq qabiliyyətinin zəifləməsi ilə əlaqələndirib.

Hazırda Levandovskinin karyerasını mövsümün sonunda bitirib-bitirməyəcəyi və ya başqa klubda davam etdirəcəyi məlum deyil.

37 yaşlı forvard bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 9 oyuna çıxaraq 4 qol vurub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Chosen
9
sportinfo.az

1Sources