Fransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. SİA xəbər verir ki, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işlər naziri vəzifəsində qalıb. Həmçinin iqtisadiyyat və maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Rolan Leskyur və ədliyyə naziri Jerald Darmanen öz vəzifələrini olduğu kimi saxlayıblar. Keçmiş əmək və səhiyyə naziri Ketrin Votrin silahlı qüvvələr naziri olub. Paris polisinin prefekti Loran Nunyes daxili işlər naziri vəzifəsinə təyin edilib.