EN

“Qarabağ”ın hücumçusu: “Çox adam bizdən bunu gözləmirdi”

“Açığı, buna mən də bir az təəccüblənirəm”.

İdman.biz xəbər verir ki, bu fikirləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı deyib.

24 yaşlı forvard komandasının Çempionlar Liqasının iki oyunundan sonra maksimum xal toplamasına münasibət bildirib: “Çox adam bizdən belə uğurlu başlanğıc gözləmirdi. Amma futbol gözlənilməzliklərlə doludur. Məncə, bu nəticələr təsadüfi deyil. Hər qarşılaşmada layiqli qələbə qazanmışıq və bu da komandamızın gücündən xəbər verir”.

İdman.Biz

Chosen
14
1
idman.biz

3Sources