EN

Elvin Cəfərquliyev Ukrayna ilə oyundan öncə inamlı danışdı

Futbol üzrə Azərbaycan millisi sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşanın Krakov şəhərində Ukrayna yığması ilə üz-üzə gələcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin sol cinah müdafiəçisi Elvin Cəfərquliyev oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb: 

"Çox yaxşı komandaya qarşı çıxış edəcəyik. Müəyyən təlimatları almışıq. Çox vaxtımız olmadı bu oyuna hazırlaşmaq üçün. Amma çalışacağıq ki, sabah stadiondan maksimum nəticə ilə ayrılaq.

Düşünürəm ki, bərpa olunmuşuq. Fransa ilə oyuna nisbətən bəlkə də sabah daha çox yorulacağıq. Həm ağıllı, həm də inamlı çıxış etməliyik. Dediyim kimi, hazırlaşmaq üçün çox da vaxtımız olmadı.

Fransa ilə oyunda yaxşı çıxış etmişdim. Öz performansımı qoyuram qırağa, komanda şəklində yaxşı çıxış etdik. Motivasiyalıyıq. Sabah qazanılacaq qələbə qrupdakı yerimizi də dəyişə bilər. Bunun da ayrı motivasiyası var”.

Chosen
3
2
fanat.az

3Sources