EN

Ərdoğan türk soylular üçün yeni qərar imzaladı – Türkiyədə “əcnəbi” sayılmayacaqlar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk əsilli şəxslərin ölkədəki hüquqi statusu ilə bağlı mühüm sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, yeni qərar türk soylu əcnəbilərin Türkiyədə yaşamaq və işləmək şərtlərini xeyli asanlaşdırır.

Sərəncama əsasən, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Krım və Qaqauz kimi icmalardan olan şəxslər artıq Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər.

Onlara həm dövlət, həm də özəl sektorda işləmək üçün geniş imkanlar yaradılacaq. Qərar 2527 saylı Qanun çərçivəsində qəbul edilib və türk soylular üçün iş icazəsi prosedurlarını sadələşdirir.

Bununla da, türk soylu şəxslər artıq Türkiyədə “əcnəbi” statusunda sayılmayacaq, öz vətənlərindəymiş kimi yaşamaq və işləmək hüququna sahib olacaqlar.

 

Musavat.com

41ede4ad-0193-4882-abfc-f04f9fb18a01.jpeg

Chosen
11
2
musavat.com

3Sources