BAKI, 12 oktyabr. TELEQRAF
Qəzza zolağından israilli girovların azad edilməsi bazar ertəsi - oktyabrın 13-də, səhər saat 9:00-da başlanacaq.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin "Qalei Tzahal" radiosun məlumat yayıb.
Qeyd olunur ki, girovların azad edilməsinin birinci mərhələsi iki fərqli yerdə baş tutacaq.
Oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Qəzza zolağına dair sülh planının birinci mərhələsi ilə bağlı saziş imzaladığını açıqlayıb. Amerika lideri izah edib ki, bu, bütün girovların azad edilməsi və İsrail qoşunlarının razılaşdırılmış xəttə çıxarılması deməkdir.