EN

Bakı-Qazax yolu bağlanıb, kilometrlərlə tıxac yaranıb – YENİLƏNİB

Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 98–104-cü km-lik hissəsində aidiyyəti qurum tərəfindən təmir işləri həyata keçirilib. Ərazidə nəqliyyatın təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət Baş Dövlət Yol Polisi İdarəsinin stasionar post əməkdaşları tərəfindən tənzimlənib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev NOCOMMENT.az-a açıqlamasında bildirib.

 

***
20:47

 

Bakı-Qazax magistral yolunda nəqliyyatın hərəkəti iflic olub.

NOCOMMENT.az-ın məlumatına görə, Nəvai postu ərazisində, Qazax istiqamətində yol bağlanıb.

Hadisə yerindən verilən məlumata əsasən, hazırda ərazidə kilometrlərlə uzanan tıxac müşahidə olunur. Yolda hərəkət tam dayanıb, sürücülər uzun müddətdir tıxacda gözləyirlər.

Tıxacın yaranma səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.

Chosen
31
5
nocomment.az

9Sources