EN

“Kayserispor”un yeni baş məşqçisi müəyyənləşdi

style='margin-bottom:10px;'>

Türkiyənin “Kayserispor” klubu yeni baş məşqçisini açıqlayıb. 

QOL.az xəbər verir ki, bundan sonra Super Liqa təmsilçisinə Radomir Caloviç rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Monteneqrolu mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, Caloviç son olaraq Sloveniyanın “Maribor” klubunu çalışdırıb.

Chosen
36
1
teleqraf.com

2Sources