ain.az bildirir, GlobalInfo portalına istinadən.
Tehran tərəfindən ABŞ ilə birbaşa danışıqlar aparmaq üçün ciddi hazırlıq görüldü, lakin təşəbbüs ABŞ tərəfindən rədd edildi.
Globalinfo.az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Salar Velayətmədar deyib.
Velayətmədar deyib ki, Nyu Yorkda keçiriləcək iclas üçün Avropa Üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirlərinin və ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkofun iştirakını xahiş ediblər.
“Biz 5 nəfərlik iclasda əsas strateji və regional məsələləri müzakirə etməyə hazır idik. Lakin iclasa qatılmaqdan imtina edən tərəf ABŞ oldu. Bizim tərəfimiz isə hər zaman hazır idi. Avropalı üç nazir bu qərardan şoka düşdü. Lakin səhv bizdə deyildi, ABŞ-da idi,” – deyə Velayətmədar əlavə edib.
İran rəsmisi həmçinin vurğulayıb ki, ölkəsi Avropa tərəfdaşları ilə koordinasiyanı davam etdirməyə və regional problemlərin həlli üçün diplomatik yolları aktiv şəkildə axtarmağa hazırdır.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.