Türkiyə Ukrayna münaqişəsinin dayandırılmasına çalışır və Moskva ilə Kiyevlə əlaqə saxlayaraq maraqlar balansını qorumağa səy göstərir.
Bununla yanaşı, “qan tacirləri” döyüşlərdən mənfəət əldə edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Bazar günü Trabzonda çıxış edən Ərdoğan qeyd edib ki, Ukrayna münaqişəsini dayandırmaq mümkün olmayıb, əksinə, vəziyyət daha da gərginləşib. Bu şəraitdə Ankara balanslı və ədalətli siyasət yürütməyə və böhranın həlli yollarını tapmağa çalışır.
“Biz münaqişənin dayandırılması və sülhün bərqərar olması məqsədilə hər iki tərəflə təmasları davam etdiririk,” – deyə Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, “hər müharibədə olduğu kimi, bu müharibədən də qan tacirləri mənfəət axtarır.” (RİA Novosti)
Bizim.Media