“Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə telefonla təbrik edəndə, liderlər oktyabrın 9-da Düşənbədə görüşməyə razılaşıblar”.
Oxu.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalist Pavel Zarubinə deyib.
Peskov iki liderin oktyabrın 9-da Tacikistanda keçirilən görüşünə hazırlıq barədə də danışıb:
“Müəyyən hazırlıqlar var idi. Təbii ki, Prezident Əliyev Putini ad günü münasibətilə təbrik etdiyi telefon zəngindən sonra bu görüş üçün son hazırlıqlar görülüb”, – Peskov bildirib.
Kreml nümayəndəsinin açıqlamaları “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” proqramında yer alıb.