EN

Prezident İlham Əliyev Misirə işgüzar səfərə gəlib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, Şarm Əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər qarşıladılar.

Chosen
11
49
turkic.world

10Sources