EN

İstanbul Səhiyyə İdarəsi yanacaq alacaq

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə 2025-cü ilin sentyabr ayında İrana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq, 203 milyon 781 min 71 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən İrana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq, 21 milyon 809 min 38 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq dəyişərək, 7 milyard 48 milyon 421 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 787 milyon 276 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 9 milyard 522 milyon 271 min dollar məbləğində tekstil ixrac edib.

Chosen
9
turkic.world

1Sources