Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə "Ölkə.az"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, oktyabrın 13-də bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.