EN

“Barselona” Reşfordla bağlı qərarını verdi

“Barselona” “Mançester Yunayted”dən icarə əsasında heyətin qatdığı hücumçusu Markus Reşfordun çıxışından razı qalıb.

90deqiqe.Az "The Sun"a istinadən xəbər verir ki, İspaniya nəhəngi onun icarə müqaviləsini tam transferə çevirmək niyyətindədir.

Mənbənin məlumatına görə, Kataloniya klubu ötən yay Reşfordu “Mançester Yunayted”dən icarəyə götürüb. Əvvəlcə “Barselona” futbolçunun transferinin məqsədəuyğunluğu barədə tərəddüd edirdi, lakin hazırda klub rəhbərliyi 27 yaşlı hücumçunu münasib qiymətə almaq imkanını sərfəli hesab edir.

“Barselona”nın Reşford üçün “Mançester Yunayted”ə 25 milyon funt sterlinq sabit ödəniş və əlavə olaraq 5 milyon funt bonus verməsi nəzərdə tutulur.

Cari mövsümdə Markus Reşford bütün turnirlər daxil olmaqla “Barselona”nın heyətində 10 oyunda 3 qol vurub və 5 qol ötürməsi ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 40 milyon avro təşkil edir.

Chosen
10
90deqiqe.az

1Sources