EN

Millimizin baqajı Ukrayna ilə qarşılaşmadan öncə itdi

Sabah Polşada 2026-cı il il Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baqajı yolda itib.

Adalet.az xəbər verir ki, bu barədə polşalı jurnalist Petr Slonka “Telegram” kanalında məlumat yayıb.

Azərbaycan yığması Krakov şəhərinə baqajsız gəlib və bu səbəbdən futbolçular Ukrayna ilə oyundan əvvəl məşqlərə vaxtında başlaya bilməyiblər.

Qeyd edək ki, hazırda Ukrayna 4 xalla qrupda ikinci, Azərbaycan isə 1 xalla dördüncü pillədə qərarlaşıb

Chosen
17
18
adalet.az

10Sources