EN

“Belə oynasaq, çıxılmaz vəziyyətdə qalacağıq”

Fransa millisinin baş məşqçisi Didye Deşam Azərbaycanla keçirilən 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyununda (3:0) futbolçularının çıxışından narazı qalıb.

90deqiqe.Az "RMC Sport"a istinadən xəbər verir ki, fransız mütəxəssis fasilə zamanı soyunub-geyinmə otağında oyunçularına sərt şəkildə irad bildirib. 

Deşamın dediyinə görə, komanda kifayət qədər sürətli və fəal oynamayıb:

“Əgər Kilian (Mbappe) sonda adətən etdiyi kimi oynamasa, biz rəqib üçün heç bir problem yaratmayacağıq, sadəcə dalana dirənəcəyik. Hərəkəti və tempi bir qədər artıranda onları çətin vəziyyətə salırıq. Bu templə nə onlar yorulacaq, nə də biz. Daha yaxşı oynamalısınız, uşaqlar! Daha yaxşı və birlikdə!” – Deşam bildirib.

Fransa yığması hazırda D qrupunun turnir cədvəlində 3 oyundan sonra 9 xalla birinci pillədə qərarlaşıb.

Chosen
21
90deqiqe.az

1Sources