Ajans.az xəbər verir ki, İrfan Can Kahveci ötən gecə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla səfər oyununda (6:1) sıradan çıxıb. Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb. "Fənərbağça"nın vingeri komandasının 6-cı qolunu vurduğu epizodda sağ topuğundan xəsarət alıb. 30 yaşlı futbolçu artıq "ay-ulduzlular"ın düşərgəsini tərk edib. Türkiyə seçməsi oktyabrın 14-də öz meydanında Gürcüstanla qarşılaşacaq