EN

"Qarabağ" dünya reytinqində 14 pillə irəlilədi

Azərbaycanın aparıcı futbol klubu “Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı ən son dünya reytinqində daha 14 pillə irəliləyib.

90deqiqe.Az xəbər verir ki, 171 xalla təmsilçimiz 96-cı yerdən 82-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “köhlən atlar” ötən ay açıqlanan cədvəldə bir anda 38 pillə irəliləmişdi.

Digər Azərbaycan klublarının mövqelərində də dəyişiklik baş verib. “Sabah” klubu 81 xalla 302-ci yerdən 296-cı pilləyə qalxıb. “Araz-Naxçıvan” (66,5 xal) 355-ci yerdən 391-ə, “Zirə” (65,5 xal) isə 380-ci sıradan 407-ci mövqeyə geriləyib.

Ümumilikdə 501 klubun yer aldığı siyahıya Fransa təmsilçisi PSJ 537 xalla başçılıq edir.

Chosen
23
3
90deqiqe.az

10Sources