EN

Prezident İlham Əliyevin Düşənbə səfəri –regional əməkdaşlığın yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbəyə səfəri ölkəmizin regional siyasətində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Bu səfər həm ikitərəfli münasibətlərin inkişafı, həm də Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli idi.

Düşənbə səfəri Azərbaycan və Tacikistan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Görüşlər zamanı dövlət başçıları enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr apardılar, bir sıra vacib sənədlər imzalandı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bütün region ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq münasibətlərinə böyük önəm verir və Tacikistanla əlaqələr bu baxımdan xüsusi yer tutur.

Səfər çərçivəsində iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində real addımlar atıldı. Tacikistanın təbii resurs potensialı və Azərbaycanın müasir nəqliyyat infrastrukturu hazırda qarşılıqlı ticarətin genişlənməsi üçün əlverişli şərait yaradır. Səfər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Transxəzər nəqliyyat dəhlizinin imkanlarından Tacikistanın da yararlanması perspektivləri müzakirə olundu. Bu perspektivlər region ölkələrinin iqtisadi inteqrasiyasına mühüm töhfə verəcəkdir.

Prezident İlham Əliyev çıxışlarında bir daha vurğuladı ki, regionda sülh, sabitlik və qarşılıqlı etimad mühüm prioritetdir. Azərbaycan beynəlxalq platformalarda dialoqa, qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarıdır.

Ümumilikdə Prezident İlham Əliyevin Düşənbə səfəri Azərbaycanın regional siyasətində uğurlu və ardıcıl xəttin davamı kimi qiymətləndirilməlidir. Bu səfər təkcə Azərbaycan–Tacikistan münasibətlərini deyil, eyni zamanda MDB məkanında yeni əməkdaşlıq mərhələsini formalaşdırdı. Görüşlərin nəticələri bir daha göstərdi ki, Azərbaycanın təşəbbüsləri regionda sabitlik, inkişaf və tərəfdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edir.

Jalə Əliyeva,

Millət vəkili

Milli Məclisin Ailə,qadın,uşaq məsələləri

komitəsinin sədr müavini

Chosen
4
ikisahil.az

1Sources