EN

PSJ Markinyosu satmağa hazırlaşır

PSJ-nin müdafiəçisi Markinyos qış transfer pəncərəsində komandadan ayrılmağa yaxınlaşır.

İdmanxeber.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Səudiyyə Ərəbistanı liqasında davam etdirə bilər. Paris təmsilçisinin rəhbərliyi qışda Markinyos üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.

Fransa klubunun heyət planlarında ukraynalı müdafiəçi İlya Zabarnı Markinyosun mümkün əvəzləyicisi kimi görülür.

Qeyd edək ki, Markinyos 2013-cü ilin yayından PSJ-nin formasını geyinir. Onun klubla müqaviləsi 2028-ci ilin iyununda başa çatacaq.

Chosen
4
1
idmanxeber.az

2Sources