Futbol üzrə Nigeriya milli komandasını Beninə aparan təyyarə Anqolada məcburi eniş edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Jurnalist Ojcora Babatunde “X” sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, hadisə təyyarənin ön şüşəsində yaranan çata görə baş verib. Uçuşdan cəmi 25 dəqiqə sonra pilotlar məcburi eniş ediblər. pizza mizza
Qeyd edək ki, Nigeriya yığması oktyabrın 14-də 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Benin komandası ilə qarşılaşmalıdır.
Telegram kanalımız