EN

Luis Suares karyerasında 600-cü qolunu vurdu

“İnter Mayami” və Uruqvay millisinin hücumçusu Luis Suares peşəkar karyerasında 600-cü qolunu rəqib qapısından keçirməklə tarixi nailiyyət əldə edib.

İdman.biz xəbər verir ki, 38 yaşlı forvard yubiley qolunu MLS-də “Atlanta Yunayted”ə qarşı keçirilən və komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan oyunun 61-ci dəqiqəsində vurub.

Suares peşəkar karyerası ərzində aşağıdakı statistik göstəriciləri ilə yadda qalıb:

198 qol – “Barselona”
111 qol – “Ayaks”
82 qol – “Liverpul”
69 qol – Uruqvay millisi
42 qol – “İnter Mayami”
34 qol – “Atletiko Madrid”
29 qol – “Qremio”
20 qol – “Nasional”
15 qol – “Qroningen”

Qeyd edək ki, təcrübəli hücumçu 2024-cü ilin yanvarından “İnter Mayami”nin formasını geyinir. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir.

İdman.Biz

Chosen
12
idman.biz

1Sources