EN

UEFA dəyişiklik etməyi hədəfləyir

ain.az, Fanat portalına istinadən məlumat yayır.

UEFA dünya çempionatı və Avropa çempionatının seçmə mərhələsində dəyişiklik etmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, məlumatı "The Times" yayıb.

Məlumata görə, futbol qurumu yayım hüquqlarının satışından əldə edilən gəlirlərin azalmasından narazıdır və təsnifat turnirlərinin keçirilməsi formulunu dəyişməyə hazırdır.

Konkret olaraq Millətlər Liqasından dünya çempionatı və ya Avropa çempionatının seçmə mərhələsinin bir hissəsi kimi istifadə edilməsi təklif olunur.

İşçi qrup eyni zamanda vahid liqa cədvəli ilə İsveçrə modelinin tətbiqini müzakirə edir. Ötən mövsümdən Avropa yarışlarında bu formatdan istifadə olunur.

AbunÉ™ Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
2
fanat.az

10Sources