EN

Serbiya millisinin baş məşqçisi istefa verdi

Draqan Stoykoviç futbol üzrə Serbiya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, Stoykoviç 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində evdə Albaniya millisini qəbul edən Serbiya yığmasının 0:1 hesabı ilə uduzmasından sonra bu qərara gəlib.

Serbiya millisi beş oyundan sonra yeddi xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıb.

Chosen
49
demokrat.az

1Sources