EN

Pentaqon Çinə qarşı addım atır: ABŞ 1 milyard dollarlıq strateji metal alacaq

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinin metal bazarındakı dominant mövqeyinə qarşı mübarizə məqsədilə 1 milyard dollarlıq strateji faydalı qazıntıların alınmasını planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

 Pentaqonun qərarı Pekinin nadir torpaq metalları ilə bağlı ixrac məhdudiyyətləri tətbiq etməsindən sonra verilib. Söhbət əsasən hərbi sənaye və yüksək texnologiyalarda istifadə olunan xammaldan gedir.

Qeyd olunur ki, Birləşmiş Ştatlar bu addımı Çinlə iqtisadi asılılığı azaltmaq və milli təhlükəsizlik sahəsində dayanıqlığı gücləndirmək üçün atır.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Çin mallarına qarşı 100 faiz rüsum tətbiq etməyə hazır olduğunu bəyan etmişdi.

Musavat.com

Chosen
10
musavat.com

1Sources